Netanyahu Ərdoğan haqqında SƏRT DANIŞDI - "İsraillə müharibə istəyir? Çəkinməyəcəyik"

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə hərbi qarşıdurma istəmədiyini bildirib.

Oct 21, 2026 - 01:33
Oct 21, 2026 - 02:03
Netanyahu Ərdoğan haqqında SƏRT DANIŞDI - "İsraillə müharibə istəyir? Çəkinməyəcəyik"

SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu Türkiyə ilə mümkün qarşıdurma barədə danışarkən Ankaranın İsrailə qarşı mövqeyini tənqid edib.

“Türkiyə ilə qarşıdurma istəmirəm. Lakin bunu İsrailin təhlükəsizlik ehtiyacları tələb edərsə, tərəddüd etməyəcəyəm. Mən Türkiyə ilə qarşıdurma istəmirəm, Türkiyə bizimlə qarşıdurma istəyir”, - o bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Osmanlı imperiyasını bərpa etmək istəyində günahlandıran Netanyahu onun Qüdsə iddia etməsini də qəbuledilməz adlandırıb:

“Biz Osmanlıların bu əraziləri ələ keçirərək 400 il idarə etdiyi XVI əsrdə yaşamırıq. Burada bir güc var. Bu, yəhudilərin tarixi vətənində qurulmuş yəhudi dövlətidir”.

Səlcuq