Tramp Zelenskini HƏDƏLƏDİ - "Çox pis olacaq"

ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməyə çağırıb.

Oct 21, 2026 - 01:20
Tramp Zelenskini HƏDƏLƏDİ - "Çox pis olacaq"

SAVASHMEDİA.az xəbər verir ki, Tramp oktyabrın 20-də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ-nin Ukraynaya böyük həcmdə yardım göstərdiyini, lakin bunun əvəzində itkilər və maliyyə zərəri ilə üzləşdiyini bildirib.

“Biz Ukraynaya çox şey vermişik. Əvəzində isə kədər, ölüm və böyük maliyyə itkisi görmüşük”, -  ABŞ lideri vurğulayıb.

Tramp razılaşmanın əldə olunmasının vacibliyini qeyd edərək, əks halda vəziyyətin daha da pisləşəcəyini əlavə edib.

“Zelenski bu müharibəni başa çatdırmalıdır, əks halda çox pis şeylər olacaq”, - o əlavə edib.

ABŞ prezidentinin bu açıqlamaları Vaşinqtonla Kiyev arasında münasibətlərin gərginləşdiyi, Ukrayna tərəfinin isə hərbi yardımın və kəşfiyyat dəstəyinin məhdudlaşdırılmasından narahatlığını ifadə etdiyi bir vaxta təsadüf edir.

Oğuz