Ciddədə Ukrayna danışıqları, fasiləyə çıxan nümayəndələrdən İLK AÇIQLAMALAR

Ukrayna və ABŞ arasında Ciddədə aparılan danışıqlar dördüncü saatdır davam edir.

Mar 11, 2025 - 17:41
Ciddədə Ukrayna danışıqları, fasiləyə çıxan nümayəndələrdən İLK AÇIQLAMALAR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xəbərə görə, arada danışıqlarda fasilə elan edilib. Jurnalistlər bu məqamda ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun  danışıqlar otağını tərk etdiklərinə şahid olublar. 

“Danışıqlar necə keçir?” sualına Uolts qısa şəkildə “irəliləyir” cavabını verib. 

Ukrayna prezidenti ofisinin aparat rəhbəri Andrey Yermak isə “telegram” kanalında danışıqlar prosesinin gedişi haqqında belə yazıb “İş davam edir”. 

Xatirə SADİQ