Ukrayna tərəfi buna görə Rusiyanı ittiham etdi 

Ukrayna Müdafiə Qüvvələri martın 11-nə keçən gecə Rusiyanın bir sıra strateji obyektlərinə zərbələr endirib.

Mar 11, 2025 - 17:51
Ukrayna tərəfi buna görə Rusiyanı ittiham etdi 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ildə 11 milyon ton neft emal etməyə qadir olan və Moskvanın dizel və benzinə olan tələbatının 40-50%-ni təmin edən Moskva Neft Emalı Zavodunun istehsal gücünə zərbə vurulub, eləcə də “Drujba” neft kəmərinin texnoloji proseslərinə nəzarəti təmin edən və Leninqrad vilayətində yerləşən Ust-Luqa dəniz limanının terminalına neftin çatdırılması proseslərinin mühüm tərkib hissəsi olan “Stalnoy Kon” xətti-istehsalat dispetçer stansiyasının (Rusiya Federasiyasının Oryol vilayəti) ərazisində də partlayışlar qeydə alınıb.

Ukrayna tərəfi diqqətə çatdırıb ki, Rusiya hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində bir sıra mülki infrastruktur obyektlərinə ziyan dəyib.

“Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə dəstək verən strateji obyektlər haqqında ətraflı məlumata malikdir, beynəlxalq humanitar hüquq normalarına riayət edir və mülki əhalinin təhlükəsizliyinin maksimum dərəcədə təmin edilməsi üçün tədbirlər görür”, - deyə məlumatda vurğulanıb. 

Xatirə SADİQ