At arabasından kosmosa qədər... - REPLİKA
Amerikanın kosmik raketlərinin hamısı 14,55 fut diametrindədir ( 1 fut- 30,48 sm). Bu kosmik raket üçün uyğun radius deyil.
Aviakonstruktorlar daha enli raket düzəldə bilərlər. Amma bacarmırlar, çünki Amerikada dəmir yolların eni 4 fut 8,5 düymədir. ( 1 düym-2,54 sm). Nə əlaqəsi var deyə bilərsiz? O əlaqəsi var ki, kosmik raketin hissələri qatarla daşınır və platformanın eni ancaq 14,55 futa imkan verir.
Bəs niyə Amerikadakı dəmir yollarının eni 4 fut 8,5 düymədir. Ona görə ki, Amerikada dəmir yolları İngilis işğalı zamanı çəkilib. İngilis mühandislər dəmir yolunu öz ölkələrindəki kimi çəkiblər.
Bəs niyə İngiltərədə dəmir yolları 143 sm, 51 millimetrdir ( 4 fut 8,5 düymə)? Ona görə ki, İngiltərəyə yol mədəniyyəti Qədim Roma işğalı zamanı gəlib. İlk olaraq romalı əsgərlər arabalarla hərəkət edərək yol olmayan ərazidə cığırlar açıblar. Sonralar eyni ölçüdə qatar yolu çəkilib.
Bəs Romada necə olub ki, yollar 143 sm, 51 mm olub? Bu məsafə iki atın bir-birinə mane olmadan arabanı tam gücü ilə çəkmək üçün ideal məsafə imiş. Bu ölçü əsas götürülərək, kosmosa qədər yol açıb.
Demək ki, həyatda xırda, mənasız detallar olmur və adətən gələcəyi bu detallar müəyyən edir. Həyatda böyük uğurlar qazanan insanların əksəriyyəti detalçıdır.
Demək ki, elm nə qədər uzaqlara getsə də, başqa planetlərə yol açsa da, bütün hesablamaların kökündə iki atın arasındakı məsafə durur.
Qalib Əsədov
SAVASHMEDİA.az