Azərbaycanda “pişik cəriməsi” tətbiq edilir? – Natiq Cəfərlidən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli “Kontakt Home”un baş direktorunun 2 min manat cərimələnməsinə münasibət bildirərək qərarı ironik tərzdə tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, iqtisadçı baş verənləri Azərbaycanda davam edən “cərimə çılğınlığı”nın növbəti nümunəsi kimi qiymətləndirib.
Xatırladaq ki, Həsən İsrafilzadə pişiyin işçisini dişləməsi barədə Əmək Müfəttişliyinə məlumat vermədiyinə görə 2 min manat cərimələnib.
Natiq Cəfərli cərimənin məntiqini anlamadığını bildirərək məsələyə belə reaksiya verib:
"Hüquqşünas olmadığıma görə bu cərimənin hansı qanunun, hansı maddəsinə görə təyin edildiyini bilmirəm. Amma bu məntiqlə işçinin iş yerində, məsələn, ağcaqanad tərəfindən dişlənməsinə, qanının sorulmasına görə də cərimə düşürmü?! Bunu da Əmək Müfəttişliyinə bildirmək lazımdırmı?!"
Səlcuq