Rusiyalı nazir müavini Vaşinqtona “yol göstərdi" - “Bunu etməyin”
“Moskva Vaşinqtonu İsrailə birbaşa hərbi yardım göstərməkdən, hətta bu məsələ ilə bağlı spekulyativ bəyanatlar verməkdən çəkindirir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfaks”a açıqlamasında deyib.
“Birləşmiş Ştatlar daim bütün proseslərin ucunda gedir. Əvvəllər müdaxilə etmədiklərini, indi isə müdaxilə edirlər söyləmək, düşünürəm ki, düzgün olmazdı”, - deyə ABŞ-nin Yaxın Şərq münaqişəsinə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandıran Ryabkov bildirib.
Bu zaman rusiyalı nazir müavini Vaşinqtonu hədələməkdən özünü saxlaya bilməyib: “Onların İsrailə birbaşa hərbi yardım göstərilməsi ilə bağlı vəziyyətə necə baxdıqları başqa məsələdir. Biz Vaşinqtonu belə spekulyativ, mücərrəd variantlarla bağlı xəbərdar edirik. Bu, bütün vəziyyəti kökündən destabilləşdirəcək addım olardı”.
Xatirə SADİQ