“Yeltsin Putinin kim olduğunu bilmirdi, onu ailəsi seçdi” - Rusiyalı jurnalist 

Rusiyanın tanınmış idman icmalçısı və teleaparıcısı Kiril Nabutov Rusiya pezidenti Vladimir Putinin hakimiyyətə təsadüfən gəldiyini bildirib. 

Jun 18, 2025 - 16:27
“Yeltsin Putinin kim olduğunu bilmirdi, onu ailəsi seçdi” - Rusiyalı jurnalist 

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə ukraynalı həmkarı Dmitri Qordona müsahibəsində deyib. 

O, qeyd edib ki, heç Putin özü hakimiyyətə gələcəyini gözləmirdi. “Putinlə nə baş verdi: o, belə olacağını gözləmirdi. Ümumiyyətlə, onun prezident olacağını heç kim təxmin etmirdi. Onu Yeltsinin ailəsi seçdi. Onu qəbula gətirəndə Yeltsin Putinin kim olduğunu bilmirdi.  Buna baxmayaraq, 1998-ci ildə onu FSB direktoru təyin etdi”, - deyə Nabutov vurğulayıb. 

O, xatırladıb ki, həmin hadisədən bir həftə öncə Putinlə təsadüfən təyyarədə qarşılaşıb: 

“Birlikdə Leninqrada (indiki Sankt-Peterburq) uçduq. O, mənə valideynlərini ziyarət etmək üçün uçduğunu dedi. Putin, Seçin və mən Tu-154-də tualet tərəfdə eyni sırada idik”. 

Nabutov əlavə edib ki, həmin vaxt təyyarəyə geçikib və qan-tər içində laynerə daxil olan sonuncu sərnişin kimi yerini tutmağa gedəndə kənardan “Niyə sən gecikirsən? Təyyarə sənə görə qalxmır” sözlərini eşidib: 

“Mən baxdım – Putin pəncərəini yanında Seçinlə birlikdə oturub. Biz orada oturub uçuş nə qədər çəkirsə, o qədər təyyarədəki tualet qoxusunu iylədik. Məncə, bu hadisədən bir həftə sonra onu FSB-nin direktoru təyin etdilər”.

Dmitri Qordon isə istehza ilə “daha tualet qoxusunu iyləmir” replikasını atıb. 

Xatirə SADİQ