Zelenski müsahibə zamanı AĞLADI - "Mən yatmıram, bu dəhşətdir" + VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı iş adamı və teleaparıcı Stiven Bartlettə müsahibəsində yaşadığı ağır psixoloji gərginlikdən danışıb. 

Oct 23, 2026 - 00:02
Oct 23, 2026 - 00:03
Zelenski müsahibə zamanı AĞLADI - "Mən yatmıram, bu dəhşətdir" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, müsahibənin anonsunda yer alan görüntülərdə Bartlett Zelenskidən mövcud çətinliklərin öhdəsindən necə gəldiyini soruşur.

Ukrayna lideri cavabında son dövrün onun üçün son dərəcə ağır keçdiyini və yuxusuzluqdan əziyyət çəkdiyini deyib.

“Bu, çox çətindir. Səmimi olacağam, mən yatmıram. Bu, heç kimə arzulamadığım dəhşətli, dözülməz bir ağrıdır”, - Zelenski vurğulayıb.

Bartlett Zelenskinin gözlərinin dolduğunu qeyd edib, Ukrayna Prezidenti isə qısa şəkildə “Bəli” cavabını verib.

Müsahibədən həmin kadrları Stiven Bartlett sosial şəbəkə hesabında paylaşıb.

Aytən