Ulduzlar oktyabrın 23-nə nə vəd edir? - FAL
Bu günün qoroskopunu təqdim edirik.
Qoç
Bu gün şəxsi həyatınızda bir sıra uğursuzluqlar yaşana bilər, artıq işlərin yolunda getmədiyinə dair bəzi əlamətlər görünməkdədir. Seçim etməli olduğunuz anlarda vacib qərarların məsuliyyəti üzərinizdə ağır bir yük olacaq. Ətrafınızdakı insanlara qarşı ehtiyatlı olun, onlar sizə zərər vurmaq niyyətində ola bilərlər.
Uğurlu rənginiz: Boz
Uğurlu rəqəminiz: 45
Buğa
Həm münasibətlərdə, həm də biznes imkanlarında daxili hissinizə (intuisiyanıza) güvənin. İrəliyə doğru addım atmaqdan çəkinməyin. Özünəinamınız doğru qərar verməyə və sizə uğur gətirməyə kömək edəcək. Səhhətiniz bu gün diqqətli müalicə tələb edir, odur ki, ehtiyatı əldən verməyin.
Uğurlu rənginiz: Qırmızı
Uğurlu rəqəminiz: 33
Əkizlər
Bu gün sizə sevinclər gətirəcək. Övlad sahibi olmağı və ya yeni bir işə (startapa) başlamağı planlaşdırırsınızsa, en yaxşısını gözləyin. Zəhmətinizlə gələcəyinizi qurmaq gücünə maliksiniz. Yaxşı səhhətiniz bu gün sizə dəstək olacaq. Gününüz mənəvi yüksəliş və müsbət enerjilərlə dolu keçəcək.
Uğurlu rənginiz: Mavi
Uğurlu rəqəminiz: 43
Xərçəng
Qarşılaşdığınız çətinliklərə baxmayaraq, uğur qazanmaq üçün özünüzdə cəsarət tapacaqsınız. Istər səhhətinizdəki problemdən, istər pozulmuş nikah və ya münasibətdən, istərsə də işdəki maneələrdən sonra bərpa olunmağa çalışırsınızsa, qalib gəlmək üçün iradə tapacaqsınız.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 11
Şir
Siqaret və ya spirtli içki kimi zərərli vərdişlərdən imtina etmək üçün yaxşı zamandır. Uzun müddətdir xəstəsinizsə, nəhayət, rahatlıq tapacaqsınız. Ailəniz və ya dostlarınızla istirahətə çıxa bilərsiniz. Sizi dinc və sevincli bir gün gözləyir.
Uğurlu rənginiz: Sarı
Uğurlu rəqəminiz: 5
Qız
Maliyyə və ya şəxsi baxımdan çətin bir dövrdən keçmiş ola bilərsiniz. Çətinliklər tezliklə sona çatacaq, sadəcə gücünüzü bərpa edib yenidən yola davam etməlisiniz. Tezliklə karyeranızla bağlı şad xəbərlər alacaqsınız.
Uğurlu rənginiz: Qəhvəyi
Uğurlu rəqəminiz: 9
Tərəzi
Bu gün xüsusilə iş yerində kiminləsə tanış olmaq və ya yeni sevgiyə başlamaq şansı yaranacaq. Hazırda hər hansı bir problemlə qarşılaşsanız, səbirli olmalı və sakitliyinizi qorumalısınız. İşdə hələlik heç bir irəliləyiş və dəyişiklik gözlənilmir. Əlinizdəki dəyərlərin qədrini bilin.
Uğurlu rənginiz: Qırmızı
Uğurlu rəqəminiz: 17
Əqrəb
İşdə çətin vaxtlar keçirməyinizə baxmayaraq, xoş xəbər alacaqsınız. Davranışlarınıza və ətrafınıza qarşı diqqətli olun. Bu gün lüzumsuz mübahisələrə girməkdən çəkinin, əks halda başınız ağrıya bilər.
Uğurlu rənginiz: Tünd çəhrayı (Magenta)
Uğurlu rəqəminiz: 2
Oxatan
Məyusluq və ya itki ehtimalı var. Gözləntiləriniz doğrultmayacaq. Layihəniz və ya planınız təxirə salına və ya ləğv edilə bilər. Nüfuzlu bir şəxslə sizi utandıracaq gərgin bir vəziyyətə düşə bilərsiniz. Bu gün tək təsəlli verən xəbər həyat yoldaşınızla olan yaxşı münasibətiniz olacaq.
Uğurlu rənginiz: Yaşıl
Uğurlu rəqəminiz: 21
Oğlaq
Rəhbərinizlə və ya sevdiklərinizlə münaqişələrin yaşana biləcəyi çətin bir gün ola bilər. Şəxsi biznesiniz varsa, bu aralar investisiyaları genişləndirməyin, əks halda zərərə düşə bilərsiniz. İstər işdə, istərsə də evdə sakit qalmağa və bütün qərarları müdirikliklə verməyə çalışın.
Uğurlu rənginiz: Tünd qırmızı (Maroon)
Uğurlu rəqəminiz: 27
Dolça
Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız, qənaətcil olmaq tövsiyə olunur. Şəxsi həyatınızda yaşca sizdən böyük olanların maneələri ilə qarşılaşacaqsınız. Səhhətinizə fikir verin, bərpa olunmaq üçün zamana ehtiyacınız var. Tələbələr istədikləri sahəyə qəbul olmaq üçün daha çox çalışmalı ola bilərlər.
Uğurlu rənginiz: Açıq bənövşəyi (Violet)
Uğurlu rəqəminiz: 3
Balıqlar
Gün boyu yüksək enerjili olacaqsınız. Mükəmməl və nizama salınmış bir həyat arzulayırsınız və tezliklə buna nail olacaqsınız. Bəzən sonsuz arzuların tələsinə düşdüyünüzü hiss edə bilərsiniz. Karyeranız üçün ağıllı qərarlar verin.
Uğurlu rənginiz: Qara
Uğurlu rəqəminiz: 42