Putindən razılıq mesajı, SÜLHDƏN DANIŞDI
Moskvanın Kiyevlə üçtərəfli təmasları bərpa etməyə hazır olduğunu açıqlaması Rusiya ilə Ukrayna arasındakı mümkün sülh ehtimalını artırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” proqramına müsahibəsində ABŞ nümayəndələri ilə aparılan danışıqları şərh edərkən deyib.
Putinin sözlərinə görə, Vaşinqton administrasiyasının nümayəndələri ilə müzakirələr zamanı Ukraynanın da iştirakı ilə üçtərəfli təmasların bərpası məsələsində Moskvanın mövqeyi ifadə olunub. O, Rusiyanın belə görüşlərin keçirilməsinə hazır olduğunu vurğulayıb.
Rusiya lideri mümkün sülh razılaşmasından sonra tərəflərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin də diqqət mərkəzində olacağını qeyd edib. Onun fikrincə, bu prosesdə yalnız Rusiya və Ukraynanın təhlükəsizlik maraqları deyil, bütövlükdə Avropada təhlükəsizlik sisteminin gələcəyi də nəzərə alınmalıdır.
Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfərləri çərçivəsində Vladimir Putinlə müzakirələr aparıblar. Görüşün ardından ABŞ tərəfi təmasların konstruktiv şəraitdə keçdiyini bildirib.
Oğuz