Yüksək vəzifə verilən şəxs Misir Mərdanovun kürəkəni imiş

Xəbər verdiyimiz kimi,Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Oct 20, 2026 - 14:21
Yüksək vəzifə verilən şəxs Misir Mərdanovun kürəkəni imiş

SAVASHMEDİA.az xəbər verir ki,yeni təyinat alan prokuror məşhur ailənin övladıdır.

Belə ki,Pərviz İbayev uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında çalışıb.

Oxu24.com-un əldə etdiyi məlumata görə, Pərviz İbayev həm də keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.