"Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış vəziyyətdə qoşulmuşdu" - Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak etdiyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, Cəlaloğlu Reaksiya TV-yə açıqlamasında Ramiz Mehdiyevin məhkəmə prosesinə onlayn qatıldığını və iclas zamanı divanda uzanmış vəziyyətdə olduğunu deyib.
Cəlaloğlunun sözlərinə görə, Mehdiyev məhkəmə prosesini diqqətlə izləyib, müzakirələrdə iştirak edib və sualları cavablandırıb. O, sabiq məmurun düşüncə və nitqində, eləcə də qavrayışında hər hansı aşkar problem müşahidə etmədiyini bildirib.
Xatırladaq ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin istintaqa verdiyi və mediada yayılan ifadəsində atasının yaddaşında problemlər olduğunu və bəzən öz davranışlarının fərqinə varmadığını demişdi.
Oğuz