İsrail Xameneinin dəfn mərasimini vuracaq? - SƏRT XƏBƏRDARLIQ

Sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ərəfəsində təhlükəsizliklə bağlı gərginlik artır. 

Jul 2, 2026 - 16:33
İsrail Xameneinin dəfn mərasimini vuracaq? - SƏRT XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, İran ordusu ABŞ və İsrailəxəbərdarlıq edərək, dəfn mərasimi zamanı ehtimal edilən istənilən hərbi təhdidə dərhal və sərt şəkildə cavab veriləcəyini bəyan edib.

İran ordusunun "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdollahi dəfn mərasimi ilə bağlı müraciətində ABŞ və İsraili "yanlış hesablamalardan çəkinməyə" çağırıb. 

Komandanın sözlərinə görə, ölkənin silahlı qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər hansı təhlükəyə qarşı dərhal reaksiya verəcəklər.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

Oğuz