Atasının ölüm xəbərini mətbuat konfransında eşitdi - DÇ-2026-da şok + VİDEO 

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr İngiltərəyə məğlub olduqları matçdan sonra mətbuat konfransı keçirib.

Jul 2, 2026 - 17:07
Jul 2, 2026 - 17:11
Atasının ölüm xəbərini mətbuat konfransında eşitdi - DÇ-2026-da şok + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, brifinqdə kədərli anlar yaşanıb.

Belə ki, jurnalistlərin suallarını cavablandıran Desabra Konqo millisinin mətbuat katibi atasının vəfat xəbərini çatdırıb. O, milli komanda adından fransız baş məşqçiyə və ailəsinə başsağlığı verib. 

Əvvəlcə ani şok yaşayan Desabr özünü toplamağı bacarıb və başsağlığı üçün təşəkkür edib. Daha sonra isə məyus halda mətbuat konfransını tərk edib.

Xatırladaq ki, Konqo milli komandası DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində keçirilən matçda İngiltərəyə 1:2 hesabı ilə məğlub olub.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)