"Minlərlə azarkeşin təhqirlərini yedi, halal xoşu olsun"   - Tanınmış yazıçı "su içən" hakimdən yazdı

"Turan Tovuz" futbol komandası bizim ruhumuzdur, türklüyümüzün simvoludur. 

Apr 4, 2026 - 12:14
Apr 4, 2026 - 14:01
"Minlərlə azarkeşin təhqirlərini yedi, halal xoşu olsun"   - Tanınmış yazıçı "su içən" hakimdən yazdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu tanınmış yazıçı Müşfiq Abbasov ötən gün Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə" ilə qarşılaşan "Turan Tovuz"a qarşı hakim Əliyar Ağayevin qərəzli münasibətinə etiraz olaraq bildirib.

Müşfiq Abbasov

Yazıçı hakim Əliyar Ağayevin etdiklərini təkcə haqsızlıq adlandırmayıb, bunun həm də qərəz, vicdansızlıq və tərbiyəsizlik olduğunu vurğulayıb:

"Turan"ın prezidenti hörmətli Ehtiram müəllim hələ az dedi. Əliyarın oturaraq su içmək sevgisi o qədər çoxdur ki, hamının gördüyü qayda pozuntularını qeydə almadan "Turan"ımızın haqqını yeyərək minlərlə azarkeşin təhqirlərini qəbul etdi. Halal xoşun olsun. Azərbaycan futbolu belə inkişaf edə bilməz. "Turan" məktəbdir. Əliyarlar istəməsə də, "Turan" qəlblərdədir. Bəsdir artıq...Hər şeyin bir həddi var. AFFA bu məsələyə ciddi yanaşmalı və vicdanı "kor" olan hakimi bu cür oyunlardan rədd etməlidir. Yaşasın "Turan"".

Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində hakim Əliyar Ağayevin "xüsusi canfəşanlığı" sayəsində "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə uduzdurulub.

Buna etiraz olaraq "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev sərt açıqlamalar verib.

Oğuz