“Diplomatik fəallığı artırın” – Zelenskidən raket tapşırığı

Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə raketlərinin tədarükünün sürətləndirilməsi üçün diplomatik fəallığın artırılması barədə tapşırıq verib.

Nov 20, 2026 - 17:46
“Diplomatik fəallığı artırın” – Zelenskidən raket tapşırığı

SAVASHMEDİA.az xəbər verir ki, o bu barədə Telegram kanalında yazıb.

“Xarici İşlər Nazirliyinə bu gün HHM paketlərinin hazırlanmasına artıq başlamış tərəfdaşların hər biri ilə əlaqə saxlamağı tapşırmışam. Tədarükləri sürətləndirmək lazımdır. Ukraynanın müdafiə naziri ilə ABŞ-dəki tərəfdaşlarla PAC-2 və PAC-3 raketlərinin tədarükü məsələsi ilə bağlı əlaqələri ayrıca müzakirə etdik. Pentaqonun gözlədiyimiz tədarüklərə icazə verməsinə böyük ümid bəsləyirik”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, noyabrın 19-da Zelenski ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin Ukraynaya tədarükünün əvvəlki dövrlə müqayisədə üç-dörd dəfə azaldığını açıqlayıb.

Banu