“Trampa ən sərfəli mövqeləri qoyub getmək istəyirik” - Blinken

“Birləşmiş Ştatlar NATO-da aparıcı rol oynamağı dayandırarsa, bunu ABŞ-nin maraq və dəyərlərinə dəstək verməyən başqası edəcək”.

Jan 13, 2025 - 13:20
“Trampa ən sərfəli mövqeləri qoyub getmək istəyirik” - Blinken

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bazar günü “CBS” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Co Bayden administrasiyası özündən sonra Donald Tramp administrasiyasına istər Ukraynada, istərsə də dünyanın hər yerində ən sərfəli mövqeləri qoyub getməyə çalışır.

Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar son 4 il ərzində NATO-da qarşılıqlı hərəkətləri bərpa edib, çünki ölkəsi aparıcı rol oynamağı dayandırarsa, bunu ABŞ-nin maraqlarını və dəyərlərini dəstəkləməklə məşğul olmayacaq başqası edəcək.

Dövlət katibi diqqətə çatdırıb ki, NATO-nun yeni strateji konsepsiyasına əsasən, Rusiya bu alyans üçün bilavasitə təhlükə kimi tanınır.

Blinken xatırladıb ki, ABŞ ümumilikdə Ukraynaya 102 milyard dollar, müttəfiqləri və tərəfdaşları isə 158 milyard dollar yardım edib.

“Bu, bəlkə də 32 illik fəaliyyətimdə yükün bölüşdürülməsi ilə bağlı gördüyüm ən yaxşı nümunədir”, - deyə Blinken əlavə edib.

Xatirə SADİQ