Həbib onu təyyarədən düşürən qadından danışdı - "Kobud idi" + VİDEO
Xəbər verdiyimiz kimi, UFC-nin sabiq döyüşçüsü Həbib Nurməhəmmədov Amerika Hava Yollarına məxsus təyyarədən düşürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, onun təyyarədən düşürülməsinə səbəb stüardessa ilə dava etməsi olub.
İdmançı sosial şəbəkə hesabında baş verənlərlə bağlı bunları yazıb:
“İlk olaraq qeyd edim ki, “Alaska Airlines” yox, “Frontier Airlines” idi. Mənə yaxınlaşaraq sullar verən qadın çox kobud idi. Mən ingilis dilində çox yaxşı danışır və başa düşürəm. Onunla anlaşmağa çalışdı. Amma o israrla məndən yerimi dəyişməyionmi istəyirdi. Buna irqçilik, millətçilik və ya başqa nəyinsə səbəb olduğunu dəqiq deyə bilmərəm. Uzun danışıqlardan sonra o, mühafizəni çağırdı və məni təyyarədən düşürdülər. Saat yarım sonra mən digər təyyarəyə mindim. Sakitliyi qorumaq və təxribata çəkilməmək üçün hər şeyi etdim. Düşünürəm ki, insanlara qarşı xeyirxah olmaq lazımdır”.