Tramp Putinlə danışıb - istəmədən etiraf etdi
ABŞ prezidenti Donald Tramp bu gün Vaşinqtonda baş verən təyyarə qəzası ilə bağlı keçirdiyi mətbuat konfransında etiraf kimi yozulan açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu, onun artıq Rusiya lideri Vladimir Putinlə əlaqə saxladığı barədə fərziyyələrə səbəb olub.
Hər şey isə jurnalistin ABŞ prezidentinə "siz təyyarə qəzası ilə bağlı Rusiya prezidenti Putinlə danışdınızmı" sualı ilə başlayıb.
"Xeyr. Bu mövzu ilə bağlı danışmamışıq”, - deyə Tramp cavab verib və bununla da iki lider arasında telefon əlaqəsinin artıq baş verdiyinə işarə edib.
Oğuz