Bakıda dəyişkən iş qrafiki tətbiq olunacaq - Prezident təsdiqlədi

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

Jan 30, 2025 - 18:21
Jan 30, 2025 - 18:33
Bakıda dəyişkən iş qrafiki tətbiq olunacaq - Prezident təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə sözügedən tədbirlərin icrası nəzərdə tutulur.

Bununla yanaşı, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.

Həmçinin, 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili planlaşdırılır.