Tovuzda itkin düşən qızı bu şəhərdə görən var - "Avtobusdan düşdü..." + VİDEO

Tovuzda itkin düşən məktəbli qızı sonuncu dəfə Gəncədə görüblər.

Apr 4, 2025 - 00:21
Tovuzda itkin düşən qızı bu şəhərdə görən var - "Avtobusdan düşdü..." + VİDEO

SAVASHMEDİA.az "unikal"a istinadla xəbər verir ki, itkin düşən 2012-ci il təvəllüdlü A.Süleymanova Gəncədə yerləşən xəstəxanaların birinin qarşısında avtobusdan düşüb. 

Məktəblini xəstəxananın xadimələrindən biri görüb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

Qeyd edək ki, yeniyetmənin valideynləri ayrılıb. Məktəbli və bacısı ata, nənə və babası ilə yaşayır.