Putin-Tramp görüşünün saatı dəyişdirildi
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin Alyaskada bu gün keçiriləcək görüşünün saatı dəyişdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
Xatırladaq ki, görüşün əvvəlcə Moskva vaxtı ilə saat 22:30-da başlayacağı bildirilirdi. Amma ABŞ prezidentinin yenilənmiş qrafikinə əsasən, danışıqlar Moskva vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 23:00-da) başlayacaq.
Tərəflər arasındakı görüşün 7 saata qədər davam edəcəyi gözlənilir.
Oğuz