Alyaskaya Putindən əvvəl gələn Lavrovun geyimi diqqət çəkdi - Üzərində nə yazılıb? + VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankoricdəki ( Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ən böyük şəhəri ) otelə üzərində "SSRİ" yazısı olan paltarda gəlib.
Kadrları "İzvestiya"nın Telegram kanalı yayıb.
Videoda nazirin ağ tişörtlə avtomobildən düşdüyü, sviterin altındakı yazının isə böyük ehtimalla "SSRİ" olduğu görünür.
Jurnalistlərin onun Alyaskada əvvəllər olub-olmadığı sualına Lavrov "bəli" cavabını verib. O, tədbir öncəsi həyəcan yaşamadığını da vurğulayıb.
Qeyd edək ki, bugün Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada görüş keçirəcək. Əsas mövzu Ukraynada sülh olacaq.
(milli.az)