Tramp KQB agenti imiş: Kod adı isə... - ŞOK İDDİA

Fransanın həftəlik xəbər jurnalı “Le Point” bu həftə üz qabığında ABŞ prezidenti Donald Trampa yer verib.

Feb 27, 2025 - 18:32
Tramp KQB agenti imiş: Kod adı isə... - ŞOK İDDİA

“Moskvanın adamı” başlıqlı 15 səhifəlik xəbərdə Trampın Moskva ilə münasibətləri diqqət mərkəzində saxlanılıb.

Xəbərdə 1980-ci illərdə KQB üçün işlədiyi iddiası ilə Trampın əlaqələri gündəmə gətirilib.

İddianı irəli sürən şəxs 1990-cı illərin əvvəllərində KQB agenti işlədikdən sonra Fransaya sığınan Sergey Jirnovdur. Jirnov iddiasını KQB-nın 6-cı şöbəsinin keçmiş əməkdaşı Elnur Musayevlə də əsaslandırıb.

Qazaxıstan Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Musayevin sözlərinə görə, KQB Trampı “Krasnov” kod adı ilə işə götürüb. Həmçinin KQB-nin 6-cı şöbəsinin ən mühüm iş sahəsi zəngin Qərb iş adamları arasında casuslar və məlumat mənbələri əldə etmək olub. (publika)