Atatürkün büstünü təhqir edən ruhani həbs edildi - "Kafir, yəhudi..." + VİDEO
Türkiyədə Atatürkün büstü təhqir edilib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə ötən gün Kocaeli şəhərində baş verib.
Ruhani geyimli M.Ç adlı şəxs qılıncla ibtidai məktəbə girib. Uşaqların oynadığı topu kəsərək Mustafa Kamal Atatürkün məktəbin həyətində qoyulmuş büstünün başına keçirib və təhqir dolu ifadələr işlədib:
“Çox yaraşdı. Kafir Atatürk. Yəhudi. Sənin heykəllərini 2-3 il sonra çəkiclə parçalayacağıq. Bütlərin daha burada olmayacaq. Yəhudi kafir”.
Atatürkü təhqir edən şəxsin saxlanma anı
Sosial mediada paylaşılan görüntülər etirazla qarşılanıb. Polis dərhal hərəkətə keçib. M.Ç saxlanılıb. Bu gün hakim qarşısına çıxarılıb və məhkəmənin qərarı ilə həbs olunub.
Banu