Bakı qarışır, sabahdan yolda qala bilərsiniz - DETALLAR

Bakıda sərnişinlər üçün ciddi nəqliyyat dəyişiklikləri başlayır.

Aug 13, 2026 - 17:42
Bakı qarışır, sabahdan yolda qala bilərsiniz - DETALLAR

SAVASHMEDİA.az xatırladır ki, “28 May” və “Nizami” stansiyaları arasında metro qatarlarının hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. 

Sərnişin axınının qarşısını almaq üçün isə artıq sabahdan - avqustun 14-dən şəhərdə yeni nəqliyyat sxemi tətbiq olunur.

Nəqliyyat sistemində nələr dəyişir?

1. M1–M6 ekspresləri işə düşür

Yeni ekspreslər müxtəlif metro stansiyalarını bir-birinə bağlayacaq:

M1: “Elmlər Akademiyası” – “28 May”
M2: “İnşaatçılar” – “Nizami” – “28 May”
M3: “20 Yanvar” – “Nizami” – “28 May”
M4: “20 Yanvar” – “Koroğlu”
M5: “20 Yanvar” – “Gənclik”
M6: “Elmlər Akademiyası” – “Gənclik”

Avtobuslar metronun iş rejiminə uyğun olaraq 06:00-dan 00:00-dək işləyəcək.

2. Təkcə xəttə 6 avtobus daxil olmur, daha 20 marşrut gücləndirilir

Metroda yaranacaq əlavə yükü azaltmaq üçün 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalların azaldılması nəzərdə tutulur.

3. “28 May” ərazisində bəzi avtobusların son dayanacağı artıq dəyişib

32, 49, 120E və 125 nömrəli avtobusların son dayanacaqları “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən çıxarılıb.

32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125-in son dayanacağı isə Puşkin küçəsində təşkil olunub.

Yəni sərnişinlər üçün əsas dəyişikliklərdən biri də budur: əvvəl düşdüyünüz yerdə avtobusun son dayanacağını görməyə bilərsiniz.

4. Ən böyük problem pik saatlarda gözlənilir

“28 May”-“Nizami” arasında birbaşa metro əlaqəsinin kəsilməsi xüsusilə səhər və axşam saatlarında avtobuslara tələbi artıracaq.

AYNA bu səbəbdən həm yeni ekspresləri, həm də mövcud marşrutların gücləndirilməsini nəzərdə tutub.

Sərnişinlər üçün ən vacib tarixlər:

14 avqust – M1–M6 ekspres avtobusları fəaliyyətə başlayır.

15 avqust – “28 May”–“Nizami” arasında metro qatarlarının hərəkəti dayandırılır.

Bu səbəbdən Bakıda metro ilə hərəkət edən sərnişinlərə səfərdən əvvəl yeni marşrutları yoxlamaq tövsiyə olunur. Alternativ marşrutları “AYNA MaaS” tətbiqindən də öyrənmək mümkündür.

Səlcuq