"Müharibənin ilk saatlarında İsraildən zəng gəldi ki..." - Laricani bunları ilk dəfə DANIŞDI 

Xameneinin baş müşaviri Əli Laricani İsrail müharibənin ilk günlərində İranın ali dini liderinə sui-qəsd təşkil edildiyini deyib .

Jun 30, 2025 - 00:21
"Müharibənin ilk saatlarında İsraildən zəng gəldi ki..." -  Laricani bunları ilk dəfə DANIŞDI 

“İsrail yüksək rütbəli məmurları və hökumət başçılarını aradan qaldırmaq üçün bir iclasın iştirakçılarını hədəfə aldı, sonra ali liderə hücum etdi, lakin onlar buna nail ola bilmədilər”, - Laricani bildirib.

SAVASHMEDİA.az-ın xəbərinə görə Laricani müharibənin ilk saatlarında aldığı telefon zəngindən danışıb: 

“Onlar dedi ki, ölkəni tərk etmək üçün 12 saat vaxtınız var, əks halda sizi şəhid dostlarınızın yanına göndərəcəyik”. 

Laricani "haradan zəng etdiklərini bildiyini və cənab Netanyahuya layiqli cavab verəcəyini" iddia edib.

Oğuz