Hökümənin ailəsinin oğurlanmış pulu ilə bağlı açıqlama - DİN və "Kapitalbank" hərəkətə keçdi

Jan 18, 2025 - 07:16
Jan 18, 2025 - 07:19
Hökümənin ailəsinin oğurlanmış pulu ilə bağlı açıqlama - DİN və "Kapitalbank" hərəkətə keçdi

Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manat kartdan oğurlanıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, artıq araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək.