Aİ səfirləri Moskvada Nemtsovun xatirəsini yad etdilər
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Boris Nemtsovun qətlinin onuncu ildönümü ilə əlaqədar Moskvanın mərkəzindəki Bolşaya Moskvoretskaya körpüsünü ziyarət ediblər.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfirlər hadisə yerinə gül dəstələri düzüblər.
Anım mərasimində Aİ səfiri Roland Qalyaraq, Almaniya səfiri Aleksander Lambsdorff, Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi iştirak ediblər. Avstraliya, Yeni Zelandiya və İsveçrənin diplomatik missiyaları da tədbirə öz nümayəndələrini göndəriblər.
Avropalı diplomatlar kortəbii memorialın yerində Nemtsovun çərçivədə olan 27 imzalı fotoşəkilini yerləşdiriblər. Fotoşəkli Macarıstan istisna olmaqla, Aİ səfiri və Aİ ölkələrinin 26 səfiri imzalayıb.
Gül dəstələri qoyulduqdan sonra polis əməkdaşları bir neçə diplomatın, o cümlədən İsveç səfirinin müavininin sənədlərini yoxlayıblar.
Xatırladaq ki, 10 il öncə – 2015-ci il fevralın 27-də Rusiya müxalifətinin lideri, Yeltsin hakimiyyəti dövründə Rusiya Dövlət Dumasının deputatı, Nijnı Novqorod vilayətinin qubernatoru, ölkənin baş nazirinin müavini olmuş Boris Nemtsov Bolşaya Moskvoretskaya körpüsündə qətlə yetirilib. Həmin vaxt o, Yaroslavl vilayət dumasının deputatı və PARNAS partiyasının həmsədri idi.
2017-ci ildə Nemtsovun qətli işi üzrə daxili qoşunların “Sever” çeçen batalyonunun keçmiş döyüşçüsü Zaur Dadaev 20 il, Anzor və Şadid Qubaşev qardaşları 19 və 16 il, Temirlan Eskerxanov və Xamzat Bakhaev isə 141 il müddətinə azadlıqdan məhrum ediliblər. 2024-cü ildə Əskərxanov Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı hərbi əməliyyat zonasına yola düşüb.
İstintaq Komitəsi Nemtsovun qətlinin təşkilatçısı kimi “Sever” batalyonunun zabitinin keçmiş sürücüsü Ruslan Muxudinovun (hazırda Qafqazın birinci imamı Şeyx Mənsur adına Müdafiə Nazirliyinin çeçen batalyonunun rəisi) Ruslan Geremeyevin adını çəkib. Sonuncu Nemtsov işi ilə bağlı müstəntiqlər tərəfindən dindirilməyib. Qətlin sifarişçisi müəyyən olunmayıb.
Xatirə SADİQ