Kreml işğal olunmuş ərazilər “ayrılmaz hissə” adlandırdı

Trampın ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması ilə bağlı verdiyi vədlərdən sonra Kreml işğal olunmuş əraziləri Rusiya Federasiyasının “ayrılmaz hissəsi” adlandırıb.

Feb 27, 2025 - 16:53
Kreml işğal olunmuş ərazilər “ayrılmaz hissə” adlandırdı

SAVASHMEDİA.az “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

“Ölkəmizin konstitusiyasında yazılan, Rusiya Federasiyasının subyektinə çevrilmiş ərazilər ölkəmizin, Rusiyanın ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz faktdır, müzakirə olunmaz faktdır”, - deyə Peskov vurğulayıb. 

“ABŞ prezidenti Donald Trampın “Ukraynaya mümkün qədər çox ərazi qaytarılacağı” vədi müharibəyə son qoymaq üçün danışıqları çətinləşdirəcəkmi?” sualına cavabında Peskov qeyd edib ki, Rusiya və ABŞ-nin siyasi iradəsinin saxlancağı təqdirdə, Ukraynanın nizamlanma prosesini keçmək mümkün olacaq.

Onun sözlərinə görə, Ukraynadakı müharibə çox mürəkkəb və başlı-başına buraxılmışdır, odur ki, heç kim asan və sürətli həll yollarını gözləmir.

Xatirə SADİQ