Amerikalı nazirdən koreyasayağı dua – “İlahi, Trampa görə minnətdarıq” + VİDEO
ABŞ prezidenti Donald Trampın kabinetinin ilk iclası iş gününə dua oxunması ilə başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BBC”nin rus xidməti video yayıb.
Duanı oxumaq şərəfinə ABŞ-nin mənzil tikintisi və şəhərsalma üzrə naziri Skott Törner layiq görülüb.
Trampın arxasında dayanan nazir duasına Trampa görə təşəkkürdən başlayıb: İlahi, sənə şərəf və izzətlə müraciət edirik. İlahi, prezident Trampa görə təşəkkür edirik. İlahi, bizi təyin etdiyinə görə təşəkkür edirik. İlahi, bizi bu işə təyin etdiyin üçün təşəkkür edirik. İlahi, biz prezident və vitse-prezidentə rəhbərlik etdikləri zaman onlara müdriklik verməniz üçün dua edirik. Burada masa arxasında və bu otaqda olan bütün həmkarlarım üçün dua edirəm. İlahi, dua edirik ki, biz saleh aydınlıqla rəhbərlik edək. İlahi, biz bu ölkənin xalqına hər bir qurumda, malik olduğumuz hər işimizdə xidmət edirik”.
Xatirə SADİQ