Ukraynalılar bu gün axşam ruslarla bir araya gələcək

Türkiyənin İstanbul şəhərində Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsi iyulun 23-ü saat 19:00-a təyin edilib.

Jul 23, 2025 - 14:03
Ukraynalılar bu gün axşam ruslarla bir araya gələcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Suspilne məlumat yayıb. 

Məlumata görə, Ukrayna nümayəndə heyəti artıq Türkiyəyə yola düşüb.

Prezident Volodimir Zelenski danışıqlar prosesində iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib. Nümayəndə heyətinin rəhbəri Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov təyin olunub. Nümayəndə heyətinə Prezident ofisi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələr, Təhlükəsizlik Xidməti, Ali Rada və digər strukturların nümayəndələri daxildir.

“İnterfaks” Rusiya nümayəndə heyətinin də İstanbula uçduğunu bildirib.

Xatirə SADİQ