“Cəmiyyətin nə dediyini hamımız eşidirik” - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski hüquq-mühafizə və antikorrupsiya orqanlarının bütün rəhbərlərini bir araya toplayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Söhbəti “açıq və faydalı” adlandan Ukrayna liderinin sözlərinə görə, tərəflər gələn həftə “ümumi tədbirlər planı üzrə dərin işgüzar görüş” keçirmək barədə razılığa gəliblər. İki həftə sonra isə ölkənin gücləndirilməsini, mövcud problemlərin aradan qaldırılması, daha çox ədalətin təmin olunması və Ukrayna cəmiyyətinin maraqlarının həqiqətən qorunması üçün addımlar barədə birgə plan hazır olmalıdır.
Zelenski həmçinin cəmiyyətin səsini eçitdiklərini vurğulayıb: “Mən bugünkü görüşümüzün bütün iştirakçılarına minnətdaram. Bir komanda kimi – Ukrayna komandası kimi işləmək istəyinizə görə təşəkkür edirəm. Və Ukraynanın maraqları üçün. Biz razılaşdıq ki, hamı müstəsna olaraq konstruktiv işləyəcək. Cəmiyyətin nə dediyini hamımız eşidirik. Biz hər bir institutun ədalətini və səmərəliliyini təmin etmək üçün insanların dövlət qurumlarından nə gözlədiyini görürük. Hər bir qurumun işini gücləndirəcək, mövcud ziddiyyətləri, təhlükələri aradan qaldıracaq zəruri inzibati və qanunvericilik qərarlarını müzakirə etdik. Hamı birlikdə çalışacaq və bunu siyasi səviyyədə dəstəkləyəcəyik”
Ukrayna prezidenti iclasın bütün iştirakçıları ilə birgə fotosunu dərc edib.
Xatirə SADİQ