"Putinə deyəndə ki, Zelenskinin oturduğu binanı vuraq..." - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko olduqca gözlənilməz açıqlama ilə çıxış edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin əyləşdiyi binanın raketlə vurulmasının müzakirə edildiyini etiraf edib.
"Bəli, belə müzakirələrimiz olub. Amma Vladimir Putin Ukrayna liderinin ofisini “Oreşnik” raketi ilə vurmaqdan qəti şəkildə imtina edib. Dedi ki, belə bir şey qəti şəkildə ola bilməz”, - Belarus prezidenti bildirib.
O, həmçinin deyib ki, Ukraynada sülhə nail olmaq üçün bir neçə mərhələdən keçmək lazımdır, indi əsas məsələ insanların ölümünü dayandırmaqdır.
Oğuz