“Rusiya bu müharibədə qalib gəlməməlidir” – Angela Merkel
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanı və tərəfdaşlarını digər məsələlərlə yanaşı, Rusiyanın başlatdığı müharibəyə son qoymağın diplomatik yollarını nəzərdən keçirməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Merkel “DPA” agentliyinə müsahibəsində deyib.
Jurnalistlə söhbətində Merkel bildirib ki, Rusiya bu müharibədə qalib gəlməməlidir “Putinin bu müharibədə qalib gəlməməsi təkcə Ukraynanın deyil, həm də bizim maraqlarımıza uyğundur”, - keçmiş kansler əlavə edib.
Merkel iddia edib ki, kansler kimi vaxtilə belə gərginliyin qarşısını almaq üçün əlindən gələni edib.
Eks-kansler Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. Lakin qeyd edib ki, diplomatik qərarlar həmişə paralel olaraq nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, bunları indi deyil, vaxtı çatanda müzakirə etmək lazımdır. Eyni zamanda, o, belə bir vaxtın nə vaxt gələ biləcəyini dəqiqləşdirməyib.
Almaniya hökumətinin Ukrayna üçün etdiyi hər şeyi dəstəklədiyini vurğulayan Merkel qeyd edib ki, Ukraynanın Rusiyanı məğlub etməsinin asan olmayacağını güman edir.
Xatirə SADİQ