“İvanişvili də Yanukoviç kimi eyni sxem üzrə hərəkət edir” – Dmitri Kuleba
"Gürcüstandakı hadisələr 2013-cü ildə Avropa kursundan imtinaya etirazların Ləyaqət İnqilabına çevrildiyi Ukrayna ssenarisini qismən təkrarlayır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “X” platformasında yazıb.
“Gürcüstan hökuməti özünün Rusiyaya sürünən güzəştlərini, Rusiyanın Ukraynaya təcavüzünü nəzərdə tutaraq, “Ukrayna ssenarisi”ndən qaçmaq vədləri ilə ört-basdır edirdi. Faciəlidir, bu gün Gürcüstanda gördüklərimiz məhz Ukrayna ssenarisidir, lakin başqa tərzdədir”, - deyə Kuleba vurğulayıb.
2024-cü ilin noyabr Gürcüstanı 2013-cü ilin noyabrındakı Ukraynanı əks etdirir. İvanişvili də o zamankı Yanukoviç kimi eyni sxem üzrə hərəkət edir. Düz 11 il əvvəl, 2013-cü ilin noyabrında Yanukoviç Aİ ilə Assosiasiya Sazişi imzalamayacağını elan etməsi ümummilli etirazlara səbəb oldu, Ukraynada Ləyaqət İnqilabı başladı.O zaman ukraynalılar üsyan etdilər, azadlıqlarının əlindən alınmasına icazə vermədilər və onların mübarizəsi tarixin gedişini dəyişdi”.
Kuleba etiraz edilməyəcəyi təqdirdə gürcüləri gözləyə biləcək bədbin perspektivə diqqəti cəlb edib: “Əvvəlcə azadlığını əlindən alırlar, sonra səni döyməyə başlayırlar, sonra firavanlıq yoxa çıxır, sonra isə səni Rusiya udur”.
Eks-nazir Tiflis küçələrindəki etirazçılara müraciət edib: “Sizin bugünkü mübarizəniz təkcə Avropa və ya Rusiyayönlü mövqe deyil; azad yaşamaq üçün fundamental hüquq uğrunda mübarizədir. Siz qürurlu millətsiniz. Mübarizə edin və qalib gəlin – onların gələcəyinizi oğurlamasına imkan verməyin”.
Xatirə SADİQ