"Bu russayağı amansız əməliyyatlara susmaq olmaz, oyanın" - Gürcüstan prezidenti
"Bu qəddar, amansız russayağı xüsusi əməliyyatlar, ifadə azadlığının boğulması ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməyin vaxtıdır. Oyan Avropa!".
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili sosial media hesabında yazıb.
O qeyd edib ki, Tbilisi küçələrində Avropa idealları vəhşicəsinə məhv edilir:
“Avropa və Amerikada yaşayan həmvətənlər! Tanışlar və ya yadlar, sizə müraciət edirəm! Oyanın! Bu qəddar, amansız russayağı xüsusi əməliyyatlar, ifadə azadlığının boğulması ilə bağlı öz mövqeyinizi açıq şəkildə bildirməyin vaxtıdır Susmaq, heç nə baş verməyib kimi davranmaq artıq mümkün deyi Mövqeyinizi bildirin - mətbuatda və televiziyalarda, səfirliklərdə və ya hətta sosial şəbəkələrdə, ya da gəlib ölkənizin gələcəyinin yanında olun”, - deyə prezident qeyd edib.