“Azərenerji”nin 2 əməkdaşı işıq dirəyindən yıxıldı, biri öldü

Faktla bağlı araşdırma aparılır.

Nov 30, 2024 - 17:14
“Azərenerji”nin 2 əməkdaşı işıq dirəyindən yıxıldı, biri öldü

Sabirabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb.

Digər yaralı A. Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.

Qeyd edək ki, hər iki sakinin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.