Azərbaycanda eyni anda 4 avtobus yandı - FHN təsdiqlədi

Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb.

Nov 18, 2025 - 21:52
Azərbaycanda eyni anda 4 avtobus yandı - FHN təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə ümumilikdə 35 ədəd istismara yararsız avtobus olub.