Məşhur müğənni “Qocalar evi”ndə qətlə yetirildi - FOTO

Dünyaca məşhur ispan müğənni Enkarnita Polo “Qocalar evi”ndə ölü tapılıb.

Nov 18, 2025 - 22:07
Məşhur müğənni “Qocalar evi”ndə qətlə yetirildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, polis yaşlı qadının öldürülməsindən şübhələnir.

İlkin məlumatlara görə, 86 yaşlı ifaçı onunla eyni “Qocalar evi”ndə qalan 80 yaşlarında bir kişi tərəfindən boğularaq öldürülüb. Həmin şəxsin psixoloji probleminin olduğu bildirilib.

Qeyd edək ki, Enkarnita Polo 1939-cu ildə Sevilyada anadan olub. Atasının ölümündən sonra ailəsi ilə birgə Barselonaya köçüb. O, musiqi ilə məşğul olmağa Barselonaya köçdükdən sonra başlayıb. 1964-cü ildə İtaliyada keçirilən musiqi festivalında mükafata layiq görülüb. Enkarnita Poloya məşhurluq gətirən “Paco, Paco, Paco” adlı mahnısı olub.

Banu

Fotoda: Enkarnita Polo