Gəncə Dövlət Universitetinin əməkdaşı özünü doğradı - İşdən çıxarılıbmış
Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə universitet binasında baş verib.
1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.