Qonşu ölkə 7,5 ballıq zəlzələ ilə silkələndi - "Təcili tərk edin!" 

İyulun 20-də Rusiya Federasiyasına məxsus Kamçatka yarımadasında 7,5 bal gücündə zəlzələ baş verib. 

Jul 20, 2025 - 12:26
Qonşu ölkə 7,5 ballıq zəlzələ ilə silkələndi - "Təcili tərk edin!" 

SAVASHMEDİA.az xəbər verir ki, zəlzələnin episentri Sakit okeanda olub. 

Yerli sakinlərin sözlərinə görə, evlərdə tavanların güclü titrəməsi və mebellərin tərpənməsi müşahidə edilib.

Sunami təhlükəsi ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi sahilyanı ərazilər üçün xəbərdarlıq edib. 

Qurum sahil ərazilərinin sakinlərini potensial daşqın zonasını tərk edərək vaxt itirmədən daha hündür yerlərə köçməyə çağırıb.

Səlcuq