Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq - MƏBLƏĞ

Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq.

Oct 28, 2026 - 20:00
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq - MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq.

Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərdə tutulur.

Hazırda hər iki göstərici 300 manat təşkil edir. Beləliklə, nəzərdə tutulan dəyişiklikdən sonra bu göstəricilər 14 manat artacaq. Bu o deməkdir ki, hər bir şəxs üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği də 14 manat artacaq.