Ramiz Mehdiyevin qızı DANIŞDI - "Vaxtımız yoxdur..."

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilsə də, yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti hesab olunub.

Oct 28, 2026 - 23:51
Oct 28, 2026 - 23:52
Ramiz Mehdiyevin qızı DANIŞDI - "Vaxtımız yoxdur..."

SAVASHMEDİA.az xəbər verir ki, oktyabrın 22-də çıxarılan hökmlə onun əmlakının müsadirə edilərək dövlətə verilməsi və dövlət təltiflərindən məhrum olunması məsələsinə baxılması da qərara alınıb.

Oktyabrın 28-də isə AMEA Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

“Ölkə.az” Ramiz Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva ilə əlaqə saxlasa da, o danışmaq istəmədiyini bildirib.

“Vaxtımız yoxdur, danışmaq da istəmirəm”, - deyən K. Əliyeva daha sonra telefonu bağlayıb.