Zelenski Babişə zəng etdi - “Gəl görüşək”
Ukrayna prezidenti Volodimir Zelenski və Çexiyadakı parlament seçkilərinin qalibi Andrey Babiş tezliklə görüşmək barədə razılığa gəliblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Babişlə telefonda danışıb. “Yaxın vaxtlarda şəxsi görüş zamanı gələcək əməkdaşlığımızı müzakirə etmək barədə razılaşdıq”, - deyə Ukrayna lideri əlavə edib.
Xatirə SADİQ