Çindən vətəndaşlarının Kiyevdə yaxalanmasına sərt reaksiya: “Əgər…”

“Çin hələlik Ukraynada iki vətəndaşının qanunsuz olaraq raket texnologiyalarını ölkədən çıxarmağa cəhd etdiyinə görə saxlanılması ilə bağlı vəziyyəti araşdırır”.

Jul 10, 2025 - 15:39
Çindən vətəndaşlarının Kiyevdə yaxalanmasına sərt reaksiya: “Əgər…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mao Nin brifinqdə deyib.
 
“Çin tərəfi hazırda yoxlama aparır və vəziyyəti öyrənir. Əgər bu işin Çin vətəndaşlarına aid olduğu təsdiqlənərsə, Pekin qanuna müvafiq olaraq öz vətəndaşlarının qanuni hüquq və mənafelərini qoruyacaq”, - XİN sözçüsü vurğulayıb.

İyulun 9-da məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı Kiyevdə “Neptun” raketlərinin istehsalına dair sənədləri ələ keçirməyə  çalışan iki Çin vətəndaşını yaxalayıb.

Xatirə SADIQ