Lukaşenkodan Trampa məsləhət - “Zelenskini əymək lazım deyil”
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sülh danışıqlarını qəbul etməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
O, həmçinin, ehtimal ki, ABŞ-nin təzyiqini nəzərdə tutaraq “Zelenskini əyməməyə” çağırıb.
“Onun necə olmağından asılı olmayaraq indi Zelenskini əyməyə ehtiyac yoxdur. Zelenskini inandırmaq, onunla razılığa gəlmək lazımdır, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin əksəriyyəti var. Ona görə də razılığa gəlmək lazımdır. İstəyirsinizsə gəlin. Burada, yaxınlıqda – Belarus sərhədindən Kiyevə qədər 200 km-dir. Təyyarə ilə yarım saat. Gəlin. Burada oturarıq. Sakitcə, səs-küysüz, qışqırmadan razılığa gələrik. Ona görə də Trampa çatdırın: mən, Putin və Zelenski ilə birlikdə onu burada gözləyirəm. Oturarıq və sakitcə razılığa gələrik. Əgər siz razılıq əldə etmək istəyirsinizsə”, - deyə Lukaşenko vurğulayıb.
Xatirə SADİQ