NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirir – Mark Rutte

Baltik dənizində sualtı kabellərin mümkün təxribatından sonra NATO orada öz mövcudluğunu gücləndirəcək.

Dec 27, 2024 - 11:20
NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirir – Mark Rutte

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte “X” sosial şəbəkəsində yazıb. 

Rutte bildirib ki, Finıandiya prezidenti Aleksander Stubb ilə sualtı kabellərin mümkün təxribatı ilə bağlı aparılan araşdırmanı müzakirə edib.

“Mən tam həmrəyliyimi və dəstəyimi ifadə etdim. NATO Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək”, - deyə Mark Rutte bildirib.

Xatırladaq ki, fin polisi Rusiyanın “kölgə donanması”na aid gəminin Finlandiya ilə Estoniya arasında keçən elektrik kabelinin zədələnməsinə aidiyyəti olub-olmadığını  araşdırır.

Finlandiya ilə enerji əlaqəsini qorumaq üçün Estoniya patrul gəmilərini dənizə çıxarmaq qərarına gəlib. 

Xatirə SADİQ