Korrupsioner eks-senator Ukrayna müharibəsinə göndərildi
Korrupsiyada təqsirli bilinən Rusiya Federasiya Şurasının keçmiş üzvü və Vladivostok şəhərinin meri İqor Puşkarev Ukraynaya müharibəyə göndərilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun vəkilinə istinadən “Azadlıq radiosu” məlumat yayıb.
Bundan əvvəl məhkəmələr onu 6 cinayət işi üzrə 15 il müddətinə azadlıqdan məhrum edib. Puşkarev rüşvət alıb-verməkdə, bu işdə vasitəçilik etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Oktyabrda məlum olub ki, Puşkarev Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
“Vahid Rusiya”nın keçmiş üzvü Puşkarev 2004–2008-ci illərdə Federasiya Şurasında vəzifə tutub və palatanın ən gənc üzvü olub. 2008–2017-ci illərdə o, Vladivostokun meri olub. O, son bir ilini həbsdə keçirib.
Xatirə SADİQ